Masallıda ölümlə nəticələnən yol qəzası baş verib.
Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi xəbərə görə, hadisə Ələt-Astara magistralının Təzə Alvadı kəndindən keçən hissəsində qeydə alınıb.
Cəlilabad rayonu Göytəpə şəhər sakini, 1981-ci il təvəllüdlü Mirqoşqar Mürsəlov Mirşamil oğlu idarə etdiyi “VAZ 21011” markalı avtomobillə Masallı rayonu Seybətin kənd sakini, 1980-cı il təvəllüdlü Rəhim İsmayılov Əlifağa oğlunun idarə etdiyi “Mercedes” markalı minik avtomaşını toqquşub.
Nəticədə “VAZ”-ın sürücüsü M.Mürsəlov hadisə yerində dünyasını dəyişib. R.İsmayılov ağır vəziyyətdə Masallı rayon mərkəzi xəstəxanasına yerləşdirilib.Onun vəziyyətinin orta ağır olduğu deyilir.
Faktla bağlı araşdırma aparılır.
Yeniçağ.Az
www.yenicag.az