Masazırdakı "Zəngilan şəhərciyi"ndə yolun çökməsinin səbəbi açıqlanıb

media-hightechnic-468x90

Xırdalan–Masazır–Novxanı avtomobil yolundan ayrılaraq Zəngilan rayonundan olan qaçqın və məcburi köçkünlərin məskunlaşdığı şəhərciyə gedən yolun çökməsinin səbəbi məlum olub.

media-banner_tkm

Bu barədə Yenicag.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Aparılmış ilkin araşdırmalara əsasən, çökməyə səbəb kanalizasiya kollektorunda baş vermiş qəza nəticəsində suyun yol yatağını yuması olub.

Hadisə qeydə alınan kimi dərhal əraziyə Agentliyin əməkdaşları cəlb olunub, əlavə təhlükəsizlik tədbirləri görülüb və hərəkətin təhlükəsiz təşkili təmin edilib.

Baş vermiş hadisə ilə bağlı operativ tədbirlərin görülməsi və problemin aradan qaldırılması məqsədilə aidiyyəti quruma dərhal məlumat verilib.

Hazırda ərazidə vəziyyətin tam stabilləşdirilməsi və qəzanın aradan qaldırlması üçün aidiyyəti qurum müvafiq addımlar atır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05