Maşın iki piyadanı vuraraq öldürüb

media-hightechnic-468x90

Bakı şəhərində piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, martın 23-də paytaxtın Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində “Mitsubishi” markalı, 99 KC 718 dövlət nömrə nişanlı avtomobil yolu keçən 75 yaşlı kişini vuraraq öldürüb.

Digər hadisə isə paytaxtın Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində qeydə alınıb. “Daewoo” markalı, 90 US 366 dövlət nömrə nişanlı avtomobil yolu keçən 46 yaşlı kişini vurub. Piyada aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Yeniçağ.az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa