Maşınların qiyməti kəskin ucuzlaşıb

media-hightechnic-468x90

79328Maliyyə kapitalının ölkədən axını, neft qiymətlərinin kəskin enməsi və Qərbin tətbiq etdiyi sanksiyalar Rusiyanın zəif iqtisadiyyatının tənəzzülə uğramasına gətirib çıxarıb.

Buna baxmayaraq rublun məzənnəsinin düşməsi ixracatçılar və ucuz mallar axtaran müştəriləri cəlb edən biznes şirkətlərinin xeyrinədir.

Rusiyada rublun məzənnəsinin düşməsi ölkədə aşağı qiymətli malların ixracatçıları üçün xeyirli olub. Rusiya rəsmiləri bugünkü iqtisadi şəraitdə Moskvanın özünün də Qərb məhsullarına qoyduğu sanksiyalara baxmayaraq, yerli biznes sahələrinin inkişaf edəcəyini deyir.

Buna misal kimi ucuzlaşan maşınları çəkmək olar. Bu ilin təkcə oktyabr-noyabr ayə ərzində belaruslar Rusiyadan 21,5 min maşın çıxarıb.

Belarus baş naziri Mixail Myasnikov deyib ki, “bu təqribən 320 milyon dollar pul deməkdir. Bu dollarları Belaruslar Rusiyaya xərcləyiblər”.

Rublun düşməsi ilə əlaqədar olaraq Belarusla Rusiya arasında yeni avtomobillərin qiymət fərqi 4-5 min dollar olub. Bu göstərici digər qonşu ölkələrlə də müqayisədə eynidir.

Qonşu ölkələrdən gələnlər birdən-birə xeyli ucuzlaşan məişət texnikasına eyni maraq göstərirlər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600