Amerikalı sahibkar və iş adamı İlon Mask belə bir fürsət yaranarsa Marsa uçmaq istəyər.
Yenicag.az xəbər verir ki, o, fikirlərini “X” sosial şəbəkəsindəki səhifəsində paylaşıb.
“Bəli” iş adamı səhifəsində bu planetə uçmaq istəyib-istəmədiyi sualına cavab verərək vurğulayıb.
Bundan əvvəl Mask bildirmişdi ki, bəşəriyyət sağ qalmaq üçün ulduzlararası səyahəti mənimsəməlidir. Onun sözlərinə görə, “bu gün və ya sabah” bir kometanın planetlə toqquşacağı və ya Günəşin genişlənməsi nəticəsində Yerin məhv olacağı bir zərbə hadisəsi baş verə bilər.
www.yenicag.az