Maye qazla işləyən mikroavtobuslar yığışdırılacaq

media-hightechnic-468x90

fgfghghgGəncə şəhərində avtomobilə maye qaz balonu yerləşdirən mikroavtobusların işləməsinə icazə verilməyəcək.

Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyev maye qaz balonu ilə işləyən mikroavtobusların xətlərdən yığışdırılması ilə bağlı göstəriş verib.

İcra Hakimiyyəti başçısı qeyd edib ki, maye qazla çalışan mikroavtobuslar sərnişinlərin həyatı üçün təhlükəlidir. Hər hansı bir səbəbdən böyük fəsadların baş verə biləcəyini bildirən E. Vəliyev bununla bağlı Gəncə şəhər İcra Hakimiyyətinin başçısının müavini, Gəncə şəhər Baş Polis İdarəsinin rəis müavini, Nəqliyyat departamenti və s. qurumların nümayəndələrindən ibarət komissiya yaradılması ilə bağlı göstəriş verib.

E. Vəliyev tez bir zamanda maye qaz balonu ilə çalışan mikroavtobusların xətlərdən çıxarılmasını və bu təhlükəsizlik qaydalarına əməl etməyən sürücülərin qanuna uyğun qaydada cəzalandırılmasın tapşırıb(apa).

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600