Mayis Musayev işdən çıxdı
Dövlət Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mayis Musayev vəzifəsindən azad edilib.
Yenicag.az-ın məlumatına görə, bununla bağlı Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov əmr imzalayıb. Sədrin əmri ilə M.Musayev tutduğu vəzifədən azad olunub.
Məlumata görə, M.Musayev öz ərizəsi ilə işdən çıxıb./oxu.az/













