Mayk Tayson Parkinson xəstəliyinə tutuldu

media-hightechnic-468x90

Dünya boksunun canlı əfsanəsi Mayk Tayson Parkinson xəstəliyinə tutulub.

media-banner_tuq

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə tanınmış yutuber Ceyk Pol məlumat verib.

Bloqer 59 yaşlı “Dəmir Mayk” ləqəbli boksçunun yaddaş itkisindən əziyyət çəkdiyini, ötən il noyabrın 16-da keçirdikləri döyüşdən öncə dərman qəbul etdiyini və uzun müddətdir müalicə aldığını iddia edib.

M.Taysonun kumiri, məşhur mərhum boksçu Məhəmməd Əli də eyni xəstəlikdən əziyyət çəkdiyi üçün karyerasını başa vurmuşdu.

Qeyd edək ki, boksçular arasında keçirilən qarşılaşma C.Polun qələbəsi ilə yekunlaşıb. Görüş bu günə qədər ən çox izlənilən idman hadisəsi olub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05