“McDonald’s” salatından zəhərlənənlərin sayı 500-ü keçdi

media-hightechnic-468x90

ABŞ-da “McDonald’s” restoranlar şəbəkəsində yedikləri salatdan zəhərlənənlərin sayı 500 nəfəri keçib.

Yenicag.az-ın məlumatına görə, bundan əvvəl – iyulun ortalarında “McDonald’s” salatından zəhərlənmə ilə bağlı təqribən 90 hal qeydə alınmışdı.

Araşdırmalar göstərib ki, “Fresh Express” adlı salatda xəstəlik törədici “Cyclospora cayetanensis” mikroskopik paraziti olub. Hadisədən sonra restoran rəhbərliyi 3 min qida yerindən salatları geri qaytarıb və məhsul tədarükçüsünü dəyişib.

Ümumilikdə 16 ştatda zəhərlənmə faktı qeydə alınıb./Trend/

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600