!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Mədəni dünya"da yaranan QARIŞIQLIQ: "Türkiyə Avropanın ədalətsiz mövqeyini üzünə vurur"

!Reklam – Yazi

“Trampın mesajı Avropanın Rusiya qarşısında aciz qalacağına eyhamdır”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Avropanın təhlükəsizliyi ilə bağlı bəyanatını şərh edən politoloq Abutalıb Səmədov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Aİ-yə üzv dövlətlər təhlükəsizliklərinin təminatı kimi hər zaman ABŞ-ni görüb:

“Dəfələrlə deyilməsinə baxmayaraq, hərbi xərcləri artırmaqda maraqlı olmayıblar. Daha doğrusu, bütün hallarda Vaşinqtonun onları qoruyacağına inanıblar. Bu yanaşma isə təbii olaraq ABŞ-nin maraqlarına uyğun deyil. Yenidən prezident seçilən Donald Tramp bu məsələ ilə bağlı kəskin şəkildə mövqeyini sərgilədi. Dolayı yolla “hərbi xərcləri artırmasanız, sizi qorumayacağıq” mesajını verdi. Eyni zamanda, onun mesajı Avropanın Rusiya qarşısında aciz qalacağına eyhamdır.

ABŞ-nin Avropanın təhlükəsizliyi ilə bağlı hazırki yanaşması, əslinə qalsa, NATO nizamnaməsinə ziddir. Həmin müqaviləyə imza atmaqla Vaşinqton alyansın hər hansı üzvünə hücumu ABŞ-yə hücum kimi qiymətləndirməlidir. İndi isə bu sözləşmədən açıq şəkildə imtina edir. Belə olan təqdirdə, Avropa çətin vəziyyətdədir. Qısa müddət ərzində isə hərbi potensialı artırmağa imkanları olmadıqlarını da yaxşı başa düşürlər.

Ərdoğanın Avropaya mesajı da məhz bu məsələ ilə bağlıdır. Türk ordusu dəfələrlə müxtəlif hərbi əməliyyatlar iştirak etmiş güclü ordudur, nəinki uzun illərdir hərbi əməliyyatın nə olduğunu bilməyən Avropa ordusu. Qısacası, döyüş təcrübəsi olan ordu hərbi təhlükə yaranan zaman daha faydalıdır. Türkiyə prezidenti, eyni zamanda, bu təklifi ilə Avropanın ədalətsiz mövqeyini üzünə vurur. Çünki uzun illərdir müxətlif dövlətlər Avropa Birliyinə üzv olsa da, Türkiyə qapı ağzında saxlanılır. Ankara bir daha həmin üzvlərin faydasız olduğunu birliyə xatırlatdı.

Əgər Türkiyə Avropa Birliyinə qəbul olunarsa, təhlükəsizlik təminatını verəcək. Təbii ki, müəyyən maraqlar qarşılığında. Ümid edək ki, Avropa düşdüyü bu çətin vəziyyətə doğru qərar verə biləcək”.

Nəsimi Ələsgərli

www.yenicag.az

89
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv