!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mədəniyyət Nazirliyi Kukla Teatrında yoxlamalara başladı

!Reklam – Yazi

Mədəniyyət Nazirliyi Abdulla Şaiq adına Kukla Teatrında yoxlamalar aparır.

Yenicag.az xəbər verir ki, nazirliyin araşdırmaları noyabrın 18-dən başlayıb.

Yoxlamanın aparılması əmrini mədəniyyət naziri Anar Kərimov imzalayıb.

Yoxlamanın keçirilməsinə rejissor Səidə Haqverdiyevanın mətbuatda səsləndirdiyi iddiaların səbəb olduğu bildirilir.

Qeyd edək ki, S.Haqverdiyevanın sözlərinə görə, mədəniyyət nazirinin sabiq birinci müavini Elnur Əliyev Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında biletlərin qiymətinin artırılmasını təklif edib. Keçmiş məmur təklifini Kukla Teatrının ötən ilin dekabr ayında keçirilən 90 illik yubleyində səsləndirib.

Rejissor bildirib ki, teatrın direktoru Rəşad Əhmədzadə təklifə etiraz edib. Bu isə Elnur Əliyevin xoşuna gəlməyib. Həmin görüşdən sonra teatrın illik plan proqnozu 50 faiz artırılıb.

www.yenicag.az

337
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv