Mədət Quliyevin yerinə onu seçdilər

media-hightechnic-468x90

Mayın 2-də Azərbaycan Velosiped Federasiyasının növbədənkənar ümumi yığıncağı keçirilib. Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb. Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb

Yenicag.az Teleqraf-a istinadla xəbər verir ki, daha sonra Federasiyanın baş katibi Elnarə Musayeva ötən dövr ərzində görülən işlərin hesabatını təqdim edib. Tədbirdə federasiya prezidenti Mədət Quliyev çıxış edərək təşkilata rəhbərlik etdiyi müddətdə bu idman növünün inkişafı üçün əlindən gələni etdiyini bildirərək istefa verib və yeni seçiləcək federasiya rəhbərliyinə uğurlar arzulayıb.

Azərbaycan Velosiped Federasiyasının rəhbərliyinə seçki keçirilib. “Silk Way” Şirkətlər Qrupunun prezidenti Zaur Axundov Azərbaycan Velosiped Federasiyasının prezidenti seçilib. Sahib Ələkbərov I vitse-prezident, Robert Eyyubov və Fikrət Hüseynov vitse-prezidentlər, Rəşad Gülmaliyev, Emin Mustafayev, Albert Pitersma isə İcraiyyə Komitəsinin üzvləri seçiliblər.

Sonda Zaur Axundov çıxış edərək göstərilən etimada görə təşəkkür edib, bu idman növünün inkişafı üçün əlindən gələni edəcəyini bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600