Medvedev NATO-nu TƏHDİD ETDİ: “Hədəfimiz olacaqlar”
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev NATO-ya yeni qoşulan ölkələrin avtomatik olaraq Rusiya Silahlı Qüvvələrinin hədəfi halına gəldiyini və buna mümkün cəza zərbələri və hətta nüvə komponentinin daxil olduğunu bildirib.
Yenicag.az xəbər verir ki, bu barədə TASS Agentliyi məlumat yayıb.
Medvedev Finlandiya və İsveçin NATO-ya qoşulmadan əvvəl müəyyən beynəlxalq üstünlüklərə malik olduqlarını, bunun da geopolitik vəziyyət və digər bir sıra amillərlə bağlı olduğunu qeyd edib. Lakin, onun sözlərinə görə, hazırda bu ölkələr düşmən ölkə olan blokda yer alır və buna görə də onlar avtomatik olaraq Rusiya Silahlı Qüvvələrinin hədəfi olub.
“Onlar hazırda bizim üçün düşmən olan blokda yer alırlar, deməli, onlar avtomatik olaraq bizim silahlı qüvvələrimizin hədəfi oldular, o cümlədən cəza zərbələri və hətta nüvə komponenti, yaxud hərbi doktrina çərçivəsində əvvəlcədən təhdidlərin qarşısının alınması”, – Medvedev qeyd edib.
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini NATO-ya qoşulan ölkələrə təyin edilən təhlükəsizliyin nə dərəcədə effektiv olduğunu sorğulayıb:
“Onlar sadəcə bizim silahlı qüvvələrimizin hədəfinə düşdülər. Onların həyatı yaxşılaşdı? Xeyr! Bu, sadəcə siyasi oyunlardır”, – deyə Medvedev vurğulayıb.