“Mega Palace”, “Bəyaz Saray” və digər restoranlar cərimələndi

media-hightechnic-468x90

Bakı şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən  monitorinqlər zamanı “Mega Palace”, “Bəyaz Saray”, “Fəridə” şadlıq saraylarından, “İmperator”, “Kənd Qəbələ”, “Niaqara”, “Qədim Bərdə”, “Çinaraltı Kabab”, “Qoca Çinar” və “Lüks Dönər” restoranlarından havaya normadan artıq tullantı atıldığı müəyyən edilib.

Yenicag.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

O qeyd edib ki, faktlarla bağlı sözügedən obyektlərin məsul şəxsləri barəsində protokol tərtib edilərək hər birinin 2500 manat məbləğində cərimə olunması ilə bağlı qanunamüvafiq tədbirlər görülür.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600