!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məhkəmə-Hüquq Şurasının səlahiyyətləri artırılır

!Reklam – Yazi

Məhkəmə-Hüquq Şurasının səlahiyyətləri artırılır.

Yenicag.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, Məhkəmə-Hüquq Şurasının hüquqları sırasına aşağıdakılar daxil edilir:

– vakant hakim vəzifələrinə namizədlərin seçilməsi qaydalarını müəyyən etmək;

– Hakimlərin Qiymətləndirilməsi Komitəsi haqqında Əsasnaməni təsdiq etmək və Hakimlərin Qiymətləndirilməsi Komitəsini formalaşdırmaq;

– İlk dəfə 3 il müddətinə təyin olunan hakimlərin müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisələrində təlimə cəlb edilməsi qaydalarını müəyyən etmək;

– məhkəmə hakimiyyəti orqanlarının və Məhkəmə-Hüquq Şurasının aparatlarında dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibələrin nəticələrindən verilən şikayətlərə baxılması üçün Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurasını yaratmaq.

– Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurasının Əsasnaməsini təsdiq etmək.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

COP29

www.yenicag.az

124
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv