Mehriban Əliyeva: "31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür"

media-hightechnic-468x90

Birinci vitse-prezident Mehriban Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə rəsmi İnstaqram səhifəsində paylaşım edib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, paylaşımda deyilir: “Bu gün – 31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür. Tarix boyu üzləşdiyi bütün faciələrə, çətinliklərə və haqsızlıqlara baxmayaraq, xalqımız deportasiya, etnik təmizləmə və kütləvi qırğınların sarsıntılarını yaddaşında yaşadaraq müstəqillik əzmini qoruyub saxlamış, möhkəm iradə, yenilməz birlik və həmrəylik nümayiş etdirmiş, dövlətimizin qüdrətinin daha da möhkəmlənməsinə nail olmuşdur. Soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm”.

https://www.instagram.com/p/B-XtMAnA7Yy/?igshid=1jvzf5ggetzfa

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05