!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mehriban Əliyeva akademik Vasim Məmmədəliyevin vəfatı ilə bağlı başsağlığı verdi: “Böyük itkidir”

!Reklam – Yazi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva akademik Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar başsağlığı verib.

Yenicag.az xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi “Instagram” səhifəsində yerləşdirilən başsağlığında akademik Vasim Məmmədəliyev elm dünyasının nüfuzlu şəxsiyyətlərindən biri kimi dəyərləndirilib:

“Dünya şöhrətli şərqşünas-alim, müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimin Azərbaycan dilinə tərcüməçilərindən biri, Əməkdar elm xadimi, akademik Vasim Məmmədəliyev dünyasını dəyişib. Çox yüksək intellektə və nadir mənəvi keyfiyyətlərə malik insan – Vasim müəllim elm dünyasında şübhəsiz nüfuz sahibi idi.

Onun Azərbaycanda şərqşünaslığın inkişafında müstəsna xidmətləri var.
Dahi tədqiqatçı alim və istedadlı müəllim olan Vasim Məmmədəliyev Azərbaycan elminin çoxəsrlik ənənələrinin davamçısı idi.

Akademik Vasim Məmmədəliyevin vəfatı bizim hamımız üçün çox böyük itkidir.
Böyük alimin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.
Allah rəhmət eləsin!”

www.yenicag.az

6584
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv