Mehriban Əliyeva Azərbaycanın xristian icmasını təbrik etdi

media-hightechnic-468x90

Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban Əliyeva respublikamızın bütün xristian icmasını Pasxa bayramı münasibətilə təbrik edib.

Yenicag.az xəbər verir ki, bununla bağlı Mehriban xanım Əliyevanın “Instagram” səhifəsində paylaşım edilib.

Təbrikdə deyilir:

“Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm!

Bu əziz gündə vətəndaşlarımızın sağlamlığı, xoşbəxt gələcəyi, ölkəmizin əmin-amanlığı naminə dualar edilir. Bütün bu dua və diləklərə qoşularaq əmin olduğumu bildirirəm ki, biz bu gün üzləşdiyimiz çətinliklərin öhdəsindən xalqımızın həmrəyliyi, əzmi və iradəsi sayəsində uğurla gələcəyik! Uca Tanrıdan hər birinizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik arzulayıram!”.

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600