Mehriban Əliyeva milli geyimdə
Prezident İlham Əliyevin həyat yoldaşı Mehriban Əliyevanın sosial şəbəkədə maraqlı fotosu yayılıb.
Ölkənin birinci xanımı milli geyimdə görüntülənib. Hər kəs tərəfindən maraqla qarşılanan şəkili prezidentin kiçik qızı Arzu Əliyeva şəxsi Facebook səhifəsində yerləşdirib.
Mehriban Əliyevanın geyindiyi libas şərq üslubunda, milli geyimdə, üzərində qızılı naxışlarla, milli orlamentimiz və alov rəmzi olan buta ilə bəzədilib.