!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Mehriban Xanlarova: “Lazım gəlsə, kapriz də göstərərəm”

!Reklam – Yazi

“Kaprizli aktrisa deyiləm, amma lazım olanda kapriz göstərə bilərəm”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Əməkdar artist, Akademik Milli Dram Teatrının aktrisası Mehriban Xanlarova deyib.

Kaprizli aktrsia olmadığını deyən sənətçi seriallara çəkilərkən ilk növbədə ona həvalə olunan rola və qonorara önəm verdiyini deyib:

“Seriallara çəkiləndə birinci obraza baxıram. Mən əgər özümü o rolda görürəmsə, çəkilməyə razılıq verirəm. Yox, əgər obraz mənə uyğun deyilsə, boş yerə vaxtımı və enerjimi sərf etmirəm. İkincisi, qonorara baxıram. Tək mənim üçün yox, bütün aktrisa və aktyorlar üçün qonorar önəmli faktordur. Əgər hansısa obraza canımı qoyurumsa, bunun qarşılığını da almalıyam. Əvvəlcədən təklif alanda qonorara baxıram. Məbləğ qane edirsə, razılıq verirəm, qane etmirsə, deyirəm, yox, gedin başqa aktrisaya müraciət edin. Əslində, özümü kaprizli aktrisa saymıram. Amma baxır, hansı yöndən kaprizim ola bilər. Yəni, lazım gələrsə, kaprizimi göstərərəm”.

Aktrisa bu il çəkildiyi “Sara” serialının davamında da çəkiləcəyini bildirib:

“Bu il “Sara” serialına çəkildim, özü də sevə-sevə çəkildim. Obrazımla tutuzdurdum və buna görə də ikinci mövsümdə məmnuniyyətlə yenidən çəkiləcəyəm. Çox ürəyimcə olan bir serial oldu”.

Cəvahir

www.yenicag.az

244
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv