Azərbaycanın məşhur ”İnci” şirkətlər qrupunun Türkiyədə məktəb və ofis ləvazimatları istehsal edən qolu “Cassa” ötən həftə məhsul sərgisi keçirib. Sərgini dərc edən Tükiyənin ATV kanalının “Vizyon” proqramı şirkətin idarə heyətinin sədri Mikayıl Yusifdən açıqlama alıb. Sədr müsahibəsində “Cassa” məktəb və ofis ləvazimatlarının yaradılma tarixindən, fəaliyyətindən və xarici ölkələrə ixracından danışıb.
“Cassa”-nın idarə heyətinin üzvü İsa Abbasov isə istehsal olunan məhsullara Türkiyədə böyük maraq olduğunu vurğulayaraq, bu ölkədə uğurlu fəaliyyətindən söz açıb.
Qeyd edək ki, “İnci” şirkətlər qrupu 1995-ci ildə Azərbaycanda fəaliyyətə başlayıb. 2015-ci ildən müxtəlif məhsullar istehsal edir. Dəftərxana, məktəb və ofis ləvazimatları, məişət və elektrik avadanlıqları, təmizlik əşyaları, idman malları, oyuncaq məhsulları istehsalı, çap və polioqrafik xidmətlər edir. “İnci” şirkətlər qrupunun Türkiyədə məktəb və ofis ləvazimatları istehsal edən qolu “Cassa” “Ofisdə İşlər Yolunda” sloqanı ilə fəaliyyət göstərir. “Ofisait” mağazalar şəbəkəsi də “İnci” şirkətlər qrupuna daxildir.
www.yenicag.az