Məktəb direktorlarına cinayət işi açıldı

media-hightechnic-468x90

bərdə1_(1)_(1)Bərdə rayonunda iki məktəb direktoru barəsində cinayət işi başlanıb.

Rayon icra hakimiyyətinin 9 aylıq hesabatında çıxış edən Bərdə rayon prokuroru Rəhim Əliyev bildirib ki, işində yol verdiyi qanun pozuntularına görə iki məktəb drektoru barəsində cinayət işi başlanıb: “Rayon Kətəlparaq kənd orta məktəbinin drektoru Fəxrəddin İsmayılov barəsində açılan cinayət işi istintaq bölməsində aparılır.Lənbərən kənd orta məktəbinin drektoru Pərvin Quluyev barəsində açılan cinayət işinin istintaqı yekunlaşaraq rayon məhkəməsinə verilib”.

Qeyd edek ki ,hər iki məktəb direktoru tutduğu vəzifədən azad edilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa