Məktəb rəhbəri təyin edilsin, ya seçilsin?

media-hightechnic-468x90

скачанные файлы (2)Vaqif Abışov: “Proses tədrici xarakter daşımalıdır”

Məlahət Mürşüdlü: “Məktəb direktorlarının seçki yolu ilə deyil, müsabiqə yolu ilə işə qəbulu daha faydalıdır”

Bir sıra ölkələrdə məktəb direktorları və ali məktəbin rəhbəri kollektiv tərəfindən seçki yolu ilə seçilir. Azərbaycanda da keçən əsrin 90-cı illərin əvvəlində bu təcrübədən istifadə edilmişdi. Amma sonra dayandırıldı. Görəsən, yenidən orta və ali məktəb rəhbərinin kollektiv tərəfindən seçilməsi təcrübəsinə qayıtmaq lazımdırmı?

Tarix üzrə fəlsəfə doktoru Vaqif Abışov Yenicag.az-a açıqlamasında bu prosesə sonrakı mərhələlərdə keçməyin mümkün olduğunu söylədi: “İstər orta, texniki və ali məktəb rəhbərinin müəssisə kollektivi tərəfindən seçilməsi istiqamətində dəfələrlə müzakirələr gedib. Ancaq bu məsələ öz həllini yetərincə tapmayıb. Bir neçə məktəbdə bununla bağlı fikirlər səslənib. Hətta nümumə kimi bəziləri də göstərilir. Ancaq bu hələ kütləvi hal almayıb. Orta və ali məktəblərdəki hazırkı idarəetmə sistemini bu formada birdən-birə dəyişmək olmaz. Azərbaycanda proses hələ özünü doğrultmayıb. Proses tədrici xarakter daşımalıdır. İdarəetmə sistemi elə qurulub ki, hələlik təyinetmə ilə həyata keçirilir. Sonrakı mərhələdə təhsil sistemi daha da təkmilləşərsə, təhsil ocaqları rəhbərlərinin kollektiv tərəfindən seçilməsi məsələsinə keçmək olar. Amma rəhbərin seçilməsi və ya təyinatı təhsilin təhsilin yaxşılaşdırılması, keyfiyyətinin artmasına dəlalət etmir”.

Digər ekspert Məlahət Mürşüdlü isə məktəb rəhbərinin seçki yolu ilə seçilməsi deyil, müsabiqə yolu ilə qəbuluna üstünlük verdiyini bildirdi: “1993-ildə təhsil ocağı rəhbərinin kollektiv tərəfindən seçilməsi məsələsi var idi. Sonradan qəbul edilən qanunda isə bu nəzərdə tutulmayıb. Müzakirələr göstərir ki, məktəblər bu seçkilərin aparılmasına hazır deyil. Bu hal kollektivlərdə konfliktlərə gətirib çıxarır. 1990-1991-ci illərdə bu təcrübədən istifadə edilirdi. Amma pedoqoji kollektivlər bu əsasda iki-üç yerə parçalandılar. Təhsil şöbələri ancaq kollektivlərdə baş verən intriqaları araşdırmaqla məşğul idi. Ona görə də seçki prosesi həmən dayandırıldı. Düşünürəm ki, məktəb direktorlarının seçki yolu ilə deyil, müsabiqə yolu ilə işə qəbulu daha faydalıdır. Direktor olmaq istəyən üç mərhələli sınaqdan keçməli və bundan sonra təhsil nazirinin əmrilə yerlərə təyinat almalıdır. İcra hakimiyyətləri isə bu prosesdən tamam kənarlaşdırılmalıdır”.

Rüfət

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600