!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məktəblə valideynlər arasında nataraz əlaqələr: "Şagirdin hansısa probleminin həlli istiqamətində hər iki tərəf..."

!Reklam – Yazi

“Şagirdlərin uğur qazanması təkcə məktəbdən deyil, məktəb-valideyn əməkdaşlığının rolundan da aslıdır”.

Bu fikirləri şagirdlərin dərsə həvəssiz yanaşması və məktəb-valideyn münasibətlərinin vacibliyindən danışan təhsil məsələləri üzrə ekspert Rizvan Fikrətoğlu Yenicag.az-a deyib.

Onun sözlərinə görə, şagirdlərdə dərsə qarşı yaranan həvəssizliyin müxtəlif amilləri var:

“Bütün şagirdlərdə təhsilə qarşı həvəssizliyin olduğunu deyə bilməsək də, əsas həvəssizliyin amillərdə olduğunu qeyd edə bilərik. Məktəblilərin dərs oxumaqda motivasiyalarının olmaması barədə valideynlər tərəfindən tez-tez şikayətlər edilir. Burada müxtəlif problemlər var.

Ən əsas məqamlardan biri uşaqlara qarşı yanaşmanın düzgün olmaması, yaşlarına uyğun davranılmamasıdır. Valideynlər, adətən, oxumağın yaxşı bir şey olduğunu övladına aşılaya bilsə də, onun necəliyini anlatmaqda çətinlik çəkir. Məsələn, valideyn siqaretin pis vərdiş olduğunu deyir, lakin niyə pis olduğunu deməkdə çətinlik çəkir.

Digər problem valideynlərin övladlarının üzərinə məsuliyyət yükləmək istəməməsidir. Çünki uşaqkən övladının oyuncaqlarını özü toplayan valideyn yaş keçdikcə hər işi gördüyündən məsuliyyət hissini aşılaya bilmir.

Digər tərəfdən, həvəssizliyə səbəb təlim prosesinin çətinliyidir. İş o yerə çatıb ki, valideyn hətta 1-ci sinifdən övladını repetitor yanına göndərir. Fərqli proqramlar şagirdi yayındırır, həvəsdən sala bilir. Ümumiyyətlə, dərs keçmə, düşünürəm ki, yaş kateqoriyasına uyğun olmalıdır. Bu, ibtidai siniflər üçün müxtəlif oyunlar, əyləncə xarakterli davranışlar şəklində ola bilər.

Baxsaq, problemlərin çoxluğu və özünü fərqli səpkidə biruzə verdiyini görürük. Şagirdlərin uğur qazanması təkcə məktəbdən deyil, məktəb-valideyn əməkdaşlığının rolundan asılıdır. Şagirdin hansısa probleminin həlli istiqamətində hər iki tərəf koordinasiyalı iş görməlidir. Bu iki tərəf şagird üçün ən real nümunədir. Məktəb-valideyn əlaqələrinin düzgün qurulması şagirdlərin davranışına, təhsilinə, sosiallaşmasına, bacarıqlarının inkişafına birbaşa təsir göstərir. Başqa sözlə desək, sağlam gələcəyə, savadlı gəncliyə töhfə vermək istəyiriksə, məktəb-valideyn əməkdaşlığının zəruriliyini önə çəkməliyik”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

552
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv