Məktəblərdə kişi müəllimi problemi!  

media-hightechnic-468x90

1410417662_studenti-ucitel-tabula-skola-matematika-prednaska-nestandard2Vahid Aslan: “Kişilər istəyir ki, daha çox öz həmcinslərinin cəmləşdiyi kollektivdə çalışsın”

Məlahət Mürşüdlü:  “Müəllimlərə verilən əmək haqqı qane etmədiyindən…”

Bildiyimiz kimi orta məktəblərdə çalışan müəllim kollektivinin böyük əksəriyyəti xanım müəllimələrdən ibarətdir. Kişi müəllimlərin sayı ildən-ilə azalır. Görəsən, belə vəziyyət nə ilə bağlıdır və hansı fəsadlar törədə bilər?

Təhsil eksperti Vahid Aslan Yenicag.az-a açıqlamasında söylədi ki, kişi müəllimlərin azlığı bir çox məqamlardan qaynaqlanır: “Orta məktəblərdə kişi müəlllimlərin az olmasının birinci səbəbi təbii ki, maaşla bağlıdır. Kişi ailənin başçısı, evin çörək gətirənidir. Amma kişinin müəllim kimi işləyərək evə gətirdiyi məvacib bazar ehtiyaclarını qarşılamır. İkinci tərəfdən məktəblərin 90 faizində rəhbər vəzifədə olanlar qadınlardır. Qadınların çoxluq təşkil etdiyi bir sistemdə kişilər bir qədər qəribsiyib, onlara diqqət bir qədər azalıb. Onlar müəyyən qədər təzyiqlərə də məruz qalıb. Qadın bolluğunda onların dilini tapmaq çətin olur. Kişi psixologiyası ilə qadın psixologiyası arasında da fərqlər var. Kişilər istəyir ki, daha çox öz həmcinslərinin cəmləşdiyi kollektivdə çalışsın. Bu problem düşünürəm ki, süni şəkildə yaradılıb”.

Digər ekspert Məlahət Mürşüdlü kişilərin orta məktəbdə dərs deməyə meylli olmamasının səbəbini sırf əmək haqqlarının burada az olmasında gördü: “Müəllimlərə verilən əmək haqqı qane etmədiyindən kişi müəllimlərinin orta məktəblərdə sayı da azdır. Burada verilən maaş ailəni dolandırmağa kifayər etmədiyindən hətta  universiteti bitirən məzunlar başqa işlərdə çalışmağa üstünlük verir.  Kişi müəllimlərin azlığı orta məktəblərdə təlim-tərbiyyə məsələlərinə birbaşa təsir edən amillərdir. Onların çox olması məktəbdə təlim-tərbiyyənin, təhsilin səviyyəsinin yüksəlməsinə ciddi təsi edir. Çünki, kişi müəllimin davranışı, şagirdlə olan münasibəti onlarda bir növ kişilik xarakterinin formalaşmasına gətirib çıxarır. Türkiyədə ibtidai sinif müəllimlərinin 90 faizini kişilər təşkil edir. Amma Azərbaycanda isə kişi cinsindən olan ibtidai sinif müəllimi yox səviyyəsindədir. Uşaq evdə ananın tərbiyyəsi altında olur, bağçada yenə qadın tərbiyyəçi, məktəbdə də qadın müəllimin tərbiyyəsi altında böyüyür. Belədə kiçik yaşlarından uşaqlarda mənəvi cəhətdən qadınlıq xüsusiyyəti formalaşmağa başlayır. Bu da gələcəyə yaxşı heç nə vəd etmir”.

Rüfət

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600