Məktəblərdə şəhərsalmada ekoloji yanaşmalar təşviq olunur

media-hightechnic-468x90

“Bakı Şəhərsalma Həftəsi” çərçivəsində “Məktəbdə şəhər bağçılığı təşəbbüsü” adlı interaktiv tədbir keçirilib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “X” sosial şəbəkə hesabında məlumat yayıb.

“Təşəbbüs şəhərsalmada ekoloji yanaşmaların təşviqi, şəhər mühitində yaşıl məkanların roluna dair maarifləndirmənin artırılması və uşaqlarda dayanıqlı şəhər mühiti ilə bağlı düşüncənin formalaşdırılmasını hədəfləyib”, – məlumatda bildirilib.

Tədbir çərçivəsində məktəbdə şəhər bağçılığı məkanı təqdim olunub, uşaqlarla şəhər mühitində ekoloji balansın qorunması, yaşıl infrastrukturun əhəmiyyəti və dayanıqlı şəhər inkişafı mövzularında fikir mübadiləsi aparılıb.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05