Məktəblərin psixoloji yardım problemi…

media-hightechnic-468x90

4XgoCnJcj27LOrta məktəblərdə psixologiyanın tədrisi qənaətbəxşdirmi? Yeniyetmələrə və uşaqlara məktəblərdə yetərincə psixoloji yardım olunurmu?

Psixoloq Vəfa Əkbər: “Bu gün şagirdlərə psixoloji yardım olunmur. Bəzi psixoloqlar sadəcə kabinetdə oturub və ya sadəcə dərs keçməklə kifayətlənirlərsə və bununla da pul qazanırlarsa, bu artıq psixologiya deyil”.

Tanınmış psixoloq Vəfa Əkbər bildirir ki, özəl məktəblərdə vəziyyət fərqli ola bilər. Amma əksər məktəblərdə psixoloq yardımı anlayışı belə şagirdlər içərisində yox səviyyəsindədir. Şagirdlər psixoloqa necə və hansı hallarda müraciət edəcəklərini belə bilmirlər. Ailədaxili problemlər, yeniyətmələrin şəxsi problemi, dostları ilə bağlı müəyyən anlaşılmazlıq yaranan hallarda psixoloqa müraciət edə bilmədikləri üçün yanlış çevrələrə, yanlış insanların əhatəsinə düşürlər ki, bunun da nəticəsi çox ağır sonuclanır.

“İstərdim ki, bu sahədə müxtəlif reytinqlər, bununla bağlı təlimlər keçirilsin. Adicə, uşaqların diqqət yayımı, yaddaş pozuntuları və s. digər psixoloji proseslər var ki, bunlar daim nəzarət altında qalmalıdır. Biz bilirik ki, təlim prosesi çox ağırdı, proqramlar çox yüklüdür.. Bu səbəbdən də diqqət yayımı çox tez-tez baş verir. Bu səbəbləri nəzəra alaraq bildirirəm ki, daim bu hallar psixoloq nəzarəti altında olmalıdır. Yaxud da, məktəb psixoloqu bilməlidir ki, hansı şagirdin ailəsində problem var, həmin şagirdin çevrəsindəki insanlar kimlərdir?!”-deyə psixoloq Vəfa Əkbər sözlərinə əlavə edib.

“Lakin təəssüflər olsun ki, sadaladıqlarım məktəblərdə tədris edilmir. Çox istərdim ki, məhz bu problemlər məktəblərdə qabardılsın və aşılansın”.

Sonda Vəfa Əkbər, psixoloji təlimlərin keçirilməməsinin nəticəsinin çox ağır olacağını vurğulayıb.

“Psixoloji təlimlərin keçirilməməsinin nəticəsi bəzən çox ağır olur. Uşaq evdən qaçır, siqarət və alkoqollu içkilərə meylli olur. Hətta bəzən ekstremis qruplara da daxil olur. Biz çox zaman valideynləri günahlandırırıq. Amma yaxşı olardı ki, buna bir məktəb də, müəllimlər də cavabdehlik daşısın”.

Kamran

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600