!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Məktubunu al, Güləni ver" - Ərdoğanla Trampın mətbuat konfransından maraqlı anlar

!Reklam – Yazi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp birgə mətbuat konfransı keçiriblər.

Yenicag.az xəbər verir ki, ikitərəfli görüş 1 saat 15 dəqiqə davam edib. Daha sonra hər iki dövlət başçısı mətbuat nümayəndələrinin qarşısına çıxıblar.

Konfransda çıxış edən D. Tramp bildirib ki, Türkiyə ABŞ-ın NATO-dakı müttəfiqi və strateji tərəfdaşıdır. O, türkiyəli həmkarı ilə Suriya məsələsini ətraflı müzakirə etdiyini bildirib.

Tramp qeyd edib ki, “Ərdoğan ilə məhsuldar görüş keçirdik. Türkiyə və Amerika rəsmiləri “F-35” məsələsinin həlli üçün çox çalışırlar”.

Türkiyə prezidenti Ərdoğan isə gündəlikdə duran məsələlərlə bağlı danışıqlar apardığını bildirib: “ Terror təşkilatı İŞİD ilə mübarizənin əhəmiyyətini vurğuladıq. Hər ikimiz milli təhlükəsizliyimizi təhdid edən terror təşkilatları ilə mübarizə mövzusunda qarşılıqlı iradəmizi təsdiq etdik. “S-400” hava hücumundan müdafiə sistemləri və “F-35” proqramı ilə bağlı qarşılaşdığımız problemləri isə yalnız dialoq vasitəsilə həll edə bilərik”.

Ərdoğan bildirib ki, bu gün Türkiyədəki həbsxanalarda, eləcə də Suriyanın Türkiyə tərəfindən nəzarətdə olan bölgələrdəki saxlama təcridxanalarında təxminən 2200 İŞİD silahlısı saxlanılır:

“Türkiyə ABŞ-la münasibətlərdə yeni bir səhifə açmaq əzmindədir. Ankara ilə Vaşinqton yaxın tərəfdaşdır. PKK terrorçularına rəğbət bəsləyən bəzi dairələr Suriyanın şimal-şərqindəki Türkiyə-Amerika razılaşmalarından narahatdır. Biz Suriya böhranının uzunmüddətli həlli naminə ABŞ-la razılaşmalara sadiqik. Odur ki, hər iki ölkə İŞİD təhlükəsini tamamilə məhv etmək üçün birgə səy göstərə bilər. Ölkələrimiz Suriyada sülhə və sabitliyə töhfə verir”.

Ərdoğan Trampın ona yazdığı məktublara da toxunub. Həmin məktubları geri qaytardığını bildirən türkiyəli prezident qeyd edib ki, Trampın Məzlum Kobani kimi terrorçunu danışıqlar tərəfi kimi təqdim etməsini qəbul etmir:

“Məktubları bu gün yenidən Trampa qaytardım. Fərhad Abdi Şahin kimi terrorçunun Amerika kimi ölkənin prezidenti tərəfindən ciddiyə alınmasına təəssüf edirəm. Mərkəzi Kəşfiyyat İdarəsi onun terrorist olduğunu sübuta yetirib. FETÖ lideri Fətullah Gülən də bizə verilməlidir”.

Xatırladaq ki, Donald Tramp məktubunda Ərdoğanın PKK terror təşkilatının Suriya qolu olan PYD/YPG qolunun başçısı Fərhad Abdi Şahinlə müzakirələr aparmasını istəyi dilə gətirilib, Türkiyəyə qarşı təhdid dolu cümlələrə yer verilmişdi.

Qeyd edək ki, tərəflər arasında keçirilən görüş zamanı masada “Türkiyənin terrorla mücadiləsi” ilə bağlı hesabatın olması diqqətdən yayınmayıb.

COP29

www.yenicag.az

7607
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv