Mələkxanım Əyyubova ETİRAF ETDİ: “Bəzən buna məcbur olursan”
“Əvvəllər də ehtiyatlı idim, amma indi daha çox ehtiyatlıyam”.
Yenicag.az xəbər verir ki, bu sözləri “Zaurla Günaydın” verilişində Xalq artisti Mələkxanım Əyyubova deyib.
O, verilişlərə gedərkən məcburiyyətdən rahat ola bilmədiyini, dediyi ifadələrin sonradan başqa cür təqdim olunduğunu və buna görə də ehtiyatı əldən vermədiyini bildirib:
“Əvvəllər də ehtiyatlı idim, amma indi daha çox ehtiyatlıyam. Hansısa bir verilişə gedirəm, deyirəm, nə isə danışmayacağam, amma sonradan görürəm ki, dediklərim efirdə bir başqa cür verilir. Bu da çox çətindir, insan istəyir ki, necə var, olduğu kimi rahat, sərbəst olsun, amma alınmır. Məcbursan nə isə fikirləşəsən, sonra danışasan”.
Nehru