2019-cu ildə tətbiqi nəzərdə tutulan buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə buraxılış imtahanında iştirak edənlər üçün maksimum balın 300 olduğunu deyib.
M. Abbaszadə qeyd edib ki, abituriyentlər qəbul imtahanında 4 fəndən maksimum 400 bal toplaya biləcək, yekunda ən yuxarı bal 700 olacaq.