Milli valyutanın çöküşü və küçədəki XAOS: "Aclıq qiyamı" yoxsa Qərbin CASUS OYUNU?

media-hightechnic-468x90

“İranda rejim qətiyyətlə dəyişməyəcək, etirazlar yatırılacaq”

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib.

media-4b17d326159282322099324229710466125-1

Politoloq İranda baş verən etiraz aksiyalarını geniş şərh edib:

“İranda baş verənlər sosial zəmində yaranmış gərginliyin nəticəsidir. Həqiqətən də ABŞ-nin Qərb ölkələri ilə birlikdə İrana qarşı tətbiq etdiyi sanksiyalar öz nəticəsini verməkdədir. İran böyük əhaliyə malikdir. Ölkə öz daxili bazarını formalaşdıra bilsə də, xarici ticarət əvəzsiz rol oynayır. Valyuta daxilolmalarında çətinliklər və azalmalar var. Digər tərəfdən, İranın valyuta ehtiyatlarını təmin edən neft ixracına ABŞ tərəfindən məhdudiyyətlər tətbiq olunub. Buna baxmayaraq, ölkə yaxın zamanlara qədər bu sanksiyalara duruş gətirirdi, lakin indi milli valyutanın kəskin devalvasiyaya uğraması daxili biznesin vəziyyətini faciəvi hala gətirib. Hazırda gedən etirazlar və iğtişaşlar kor-təbii şəkildə yaranmır; onların arxasında Qərbin daxilə yerləşdirdiyi casusların da əməyi var.”

T. Abbasov Netanyahunun İran planından söz açıb:

“İsrailin baş naziri bir neçə dəfə İran xalqına müraciət edib. Bu, həmin xalqdır ki, ötən ilin iyun ayında bombardman edilmiş, insanları yerindəcə güllələnmiş, alimlərinə qarşı terror aktları törədilmişdi. Digər tərəfdən, həmin 12 günlük müharibədə mindən artıq İran vətəndaşı həlak oldu. Netanyahu İran xalqına məhəbbətlə yanaşırsa, bəs bu hərəkətlər nə idi? Burada təxribatlar öz rolunu oynayır. İsrailin İrana qarşı hücumları dövlət terrorunun birmənalı təzahürüdür. İsrail özbaşına deyil, onun arxasında ABŞ dayanır və bu proses razılaşdırılmışdı. Mən bu aksiyaları Qərbin, ABŞ və İsrailin iştirakı ilə İrana qarşı tətbiq etdiyi planın ‘B hissəsi’ kimi dəyərləndirirəm. Venesuelada baş verənlər elə bir fazaya gətirib çıxdı ki, ABŞ İran məsələlərindən bir qədər uzaqlaşacaq. Baxmayaraq ki, Tramp etirazçılara qarşı zor tətbiq edilərsə, müdaxilə edə biləcəyini bildirib. İran isə bu proseslərdən qorxmur. Sadəcə, proseslərdəki İsrail casuslarını müəyyən etmək lazımdır, bundan sonra etirazlar yatırılacaq.”

Politoloq İranda rejimin yaxın zamanda dəyişməyəcəyini proqnozlaşdırdığını qeyd edib:

“İran rejimi qəti surətdə dəyişməyəcək. Digər tərəfdən, İranın parçalanmasını istəyirlər, amma bu baş verməyəcək. Yaxın zamanda isə İran-İsrail qarşıdurması gözlənilir. Bu proseslərdə Pezeşkiyanın mövqeyi isə anlaşılmazdır. O, İran proseslərində Qorbaçovun rolunu oynamağa çalışır; bir neçə dəfə öz fikirləri ilə etirazçılara dəstək verib. Onun dəstəyi isə Ali Dini Rəhbərin yanaşması ilə üst-üstə düşmür. Çünki Xameneyi iğtişaş yaradanların bağışlanmayacağını qeyd edir. Digər tərəfdən, prezident çalışır ki, özünü ‘yumşaq xətt’ tərəfdarlarına yaxınlaşdırsın. İndiki vəziyyətdə hakimiyyət qollarının parçalanması İranın milli maraqlarına cavab vermir. Hazırda etirazçılarla mədəni dildə danışmağın vaxtı deyil, çünki onlar şəhərlərə, polis məntəqələrinə od vurur, polislərə qarşı terror törədirlər. Gözü qızan kütlə yumşaq dili başa düşmür.”

Sonda hakimiyyətə iddialı olan İran şahının oğlu barədə danışan Abbasov, onun heç bir siyasi çəkisinin olmadığını vurğulayıb:

“O, çox zəif biridir. Siyasətçi deyil, sadəcə Amerikanın əlində olan marionet bir fiqurdur. İran xalqı onu qəbul etmir.”

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa