Çində rəqəmsal media ciddi nəzarətə götürüldü
Çin rəqəmsal mediaya nəzarəti gücləndirib.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya mətbuatında məlumat yayılıb.
“İnternetdə xəbərlərin yayılmasını tənzimləmək, əsas medianın təsir gücünü artırmaq və bu sahədə sağlam mühiti formalaşdırmaq üçün biraylıq xüsusi kampaniyaya başlanılıb”, – deyə xəbərdə bildirilib.
Məlumata görə, ölkədə lisenziyasız agentliklərin xəbər yayması qadağan ediləcək. Həddən artıq şişirdilmiş başlıqlar, məlumatların kontekstdən çıxardılması və rəsmi mənbələrin təhrif edilməsinə qarşı da ciddi nəzarət olacaq.
Bundan əlavə, aparıcı media qurumlarının fotoşəkillərindən yanlış məqsədlər üçün istifadə edən hesablar və veb-saytlar da izləniləcək.












