Süni intellektdən tibdə tarixi sıçrayış: İnsan ömrünü dəyişəcək “möcüzəvi dərman” hazırdı

media-hightechnic-468x90

Dünya səhiyyə sistemi tarixin ən böyük sıçrayışlarından birinə şahidlik edir. İnsan zəkasının çarəsiz qaldığı və elm adamlarının illərdir risk etməyə qorxduğu “möcüzəvi molekul” süni intellekt tərəfindən istehsal olundu. 

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, tibb dünyasında bütün daşları yerindən oynadacaq bu tarixi uğur ABŞ mərkəzli “Insilico Medicine” şirkətinə məxsusdur.

Tamamilə süni intellekt (AI) dəstəyi ilə hazırlanan “Rentosertib” adlı dərman qlobal səhiyyə tarixində kritik bir həddi keçib. İnsan beyninin analiz etməkdə çətinlik çəkdiyi mürəkkəb molekulyar quruluşu süni intellekt saniyələr içində həll edərək, alimlərin cəsarət etmədiyi molekulu real dərmana çevirib.

Bu inqilabi addım hər il on minlərlə insanın həyatını itirməsinə səbəb olan və ağciyərləri tamamilə sıradan çıxaran idiopatik pulmonar fibrozis xəstəliyinə qarşı hazırlanıb. İyun ayında tamamlanan Faza II sınaqları gözləniləndən daha uğurlu olub. Növbəti 18 ay ərzində Faza III mərhələsinə keçiləcək və dərman rəsmən satışa çıxarılacaq.

Ənənəvi tibbi üsullarla bir dərmanın hazırlanması və sınaqlardan keçməsi ən azı 4-5 il çəkdiyi halda, süni intellekt bu müddəti 2 ildən də az vaxta endirib. Bu, tibb tarixində vaxt cədvəlinin bu qədər kəskin qısalması baxımından bir ilkdir.

Süni intellektin dərman kəşfindəki bu uğuru qlobal əczaçılıq nəhənglərinin və böyük investisiya fondlarının istiqamətini dəyişib. Artıq milyardlarla dollar büdcə süni intellekt laboratoriyalarına yönəldilir. “Rentosertib” nümunəsi göstərir ki, artıq səhiyyədə yeni bir dövr rəsmən başlayıb.

Hazırda dünya tibb ictimaiyyətinin diqqəti sınaqların son mərhələsinə dikilib. Əgər proses uğurla başa çatsa, süni intellekt tərəfindən dizayn edilmiş ilk dərman dünya üzrə xəstələrin xilasına çevriləcək.

Məsimə Məmmədova

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa