Bu il MSK-nın tərkibi yenidən formalaşdırılacaq

media-hightechnic-468x90

Bu il Mərkəz Seçki Komissiyasının (MSK) hazırkı tərkibinin səlahiyyət müddəti başa çatır. Qurumun üzvləri sonuncu dəfə 2021-ci il aprelin 27-də formalaşdırılıb.

Yenicag.az-ın məlumatına görə, qanunvericiliyə əsasən, MSK-nın səlahiyyət müddəti 5 ildir. Cari ilin aprel ayında Komissiyanın hazırkı tərkibinin fəaliyyətinə yekun vurulacaq.

Seçki Məcəlləsinə əsasən, MSK 18 üzvdən ibarətdir və Milli Məclis tərəfindən seçilir. MSK-nın 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını (bitərəfləri), 6 üzvü isə deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları təmsil edir. Bitərəf deputatları müstəqil, dövlət qulluğunda olmayan, bir qayda olaraq, hüquqşünaslar təmsil edirlər. Bitərəflərin iki namizədi maraqlı tərəflərlə razılaşdırılır: bir namizəd Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanın nümayəndələri ilə, digər namizəd isə deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaların nümayəndələri ilə. MSK-nın üzvləri ali təhsilli olmalıdırlar.

Qeyd edək ki, hazırda MSK-ya Məzahir Pənahov sədrlik edir. O, 19 may 2000-ci ildən etibarən bu vəzifədədir. MSK sədrinin müavini Rövzət Qasımov, MSK-nın katibləri isə Arifə Muxtarova və Mikayıl Rəhimovdur.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa