Rusiyada 35 yük vaqonu relsdən çıxdı

media-hightechnic-468x90

Rusiyanın Amur bölgəsində Trans-Baykal Dəmir Yolunda 35 yük qatarı vaqonu relsdən çıxıb. 

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional şöbəsi məlumat yayıb.

Yük qatarının relsdən çıxması ilə bağlı cinayət işi açılıb: “Yanvarın 5-də Maqdaqaçinski rayonunda Trans-Baykal Dəmir Yolunun Qonja-Qudaçi hissəsində yük qatarı relsdən çıxıb. Qəza nəticəsində 35 vaqon relsdən çıxıb. Dəmir yolu infrastrukturuna ziyan dəyib. Ekoloji təhlükə yoxdur”.

Qəzanın nəticələrini aradan qaldırmaq üçün hadisə yerinə xilasetmə qatarları göndərilib. Fövqəladə Hallar Nazirliyinin xüsusi təyinatlı qrupu əraziyə cəlb olunub.

Amur vilayəti üzrə Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsində işçi qrup yaradılıb./unikal

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa