Xalq artisti, tanınmış aktrisa Məleykə Əsədova çəkildiyi “Qırmızı qar” filmi ilə Xocalı soyqırımını yad edib.
Yenicag.az xəbər verir ki, aktrisa həmin qətliama həsr olunan filmdən kadrları “İnstagram” hesabında paylaşıb:
“Mən “Qırmızı qar” filmində əslən Xocalı vətəndaşı olan, Bakıdan Xocalıya böyüklərini həyat yoldaşı və körpə qızı ilə görməyə gedən Sədaqət obrazını canlandırmışam. Film çəkilişində obrazı canlandırarkən o gecə onların nə yaşadıqlarını, yaşayarkən keçirdiklərini bir Allah bilir. O gecə tökülən qanı Azərbaycan xalqı unutmayacaq”.
Nehru
www.yenicag.az