Qarabağ üçün Azərbaycanın “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” adlı petisiyasına bir dəstək də Məlih Gökçəkdən gəlib.
Yenicag.az xəbər verir ki, həm də üç milyondan çox təqibçisi ilə tvitter fenomeni olan Ankara şəhər bələdiyyəsinin başqanı izləyicilərini bu petisiyada aktiv olmağa dəvət edib.
O, Türkiyədə hazırda məşhur olan “Azərbaycana dəstək ol” haştağı ilə “Azərbaycanın Qarabağ üçün başlatdığı kampaniyaya imza atırıq” yazıb.
www.yenicag.az