Məmurlarda üzr istəmə mədəniyyəti formalaşmayıb-Azərbaycanda

media-hightechnic-468x90

atetƏhməd Qəşəmoğlu: “Hələlik bu istiqamətdə formalaşma dövründəyik”

Sivil ölkələrdə məmurlar, hətta prezident və baş nazir səviyyəsində belə, hansısa səhvə yol verəndə xalqdan və ya konkret şəxsdən üzr istəyirlər. Məsələn, bu yaxınlarda ABŞ prezidenti Barak Obama da  övladının polisin şəxsiyyətinə hörmətsizlik gətirən əməlinə görə polisdən rəsmi qaydada üzr istəyib. Lakin Azərbaycanda məmurların üzr istəmək mədəniyyəti formalaşmayıb. Ona görə də onların çoxu insanlarla təmaslarda təkəbbürlü danışmağa üstünlük verirlər.

Görəsən, niyə Azərbaycan məmurları arasında etdiyi səhv hərəkətlərə görə üzr istəmə mədəniyyəti formalaşmayıb?

Sosioloq Əhməd Qəşəmoğlu Yenicag-az-a açıqlamasında bunun səbəbini ölkəmizdə hələlik yeni təfəkkürün formalaşma dövrünün getməsilə əlaqələndirdi: “Ölkəmizdə hələ yeni bir dövlətçilik təfəkkürü formalaşmaqdadır. Dövlətçilik təfəkkürü bizdə yenicə formalaşmağa başlayır. Hər şeydə də yarımçılıq var. Son toplantıların birində prezident də məmurların təkəbbürlü olmasını, insanlara münasibətdə özünü yüksək tutmasını kəskin tənqid etdi. Ümid edirəm ki, yaxın illərdə bu sahdə dəqiqləşmələr daha da sürətlənəcək vəölkəmizdə də məmurlar arasında üzr istəmək mədəniyyəti formalaşacaq. Hələlik bu istiqamətdə formalaşma dövründəyik. Bu da dövlətçilik təcrübəsinin az olması ilə bağlıdır. Bu istiqamətdə sivil ölkələrin yüksək mədəniyyətini öyrənməliyik”.

Rüfət

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600