!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Məni tutduran Ermənistan Prezidentinin dostudur” – Türk iş adamının Bakıdakı məhkəməsində şok ifadələr

!Reklam – Yazi

Bakı Ağır Cinayətlər Məhkəməsində “Thales İnternational Western Counties B.V” şirkətinin büdcəsindən 8 milyon 860 min manat mənimsəməkdə ittiham olunan, adıçəkilən şirkətin Azərbaycandakı nümayəndəliyinin sabiq rəhbəri, Türkiyə vətəndaşı Mehmet Şahanın məhkəmə iclası keçirilib.

Yenicag.az xəbər verir ki, prosesdə Mehmet Şahanın ifadəsi dinlənlib. O, ifadəsində özünü təqsirli bilməyib:

“Thales International Azərbaycanda istənməyən şirkət idi. Azərbaycandakı nümayəndəliyi 2014-cü ildə açıldı və həmin ilin mayın 1-də şirkətin Azərbaycandakı nümayəndəliyinə direktor təyin olundum. Şirkətin əsas müştəriləri arasında “Azərbaycan Hava Yolları” QSC, Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti, “Azərbaycan Dəmir Yolları” QSC və s var. Bir neçə MMC-lərlə işləmişik. Həmin MMC-lər partnyor şirkət “MCG” MMC tərərfindən tapılıb və onlarla əməkdaşlıq etmişik. Həmin şirkətləri tanımıram. O şirkətlərə pul vəsaiti marketinq işlərinin aparılması (bazar araşdırılması) üçün köçürülüb. Həmin şirkətləri “MCG” MMC-nin əməkdaşı Arif Quliyev tapmışdı. Məlumat üçün bildirim ki, “MCG” Thales-in Azərbaycandakı lokal partnyorudur. Bildiyimə görə, o şirkətlər bazar araşdırmaları barədə məlumatları “MCG” MMC-yə təqdim edirdilər. “MCG” MMC də öz növbəsində həmin məlumatları şifahi və görülmüş işlər barədə akt şəklində təqdim edirdi. Beləliklə, bazar araşdırmalarının nəticələri hazır olanda Arif Quliyev məni çağırırdı və onunla birlikdə məlumatları baş ofisə təqdim edirdik. Bununla bağlı bütün sənədlər ofisdə idi. Həmin şirkətlərlə imzalanan müqavilələr, şirkətlərə verilən sifarişlər, qiymət təklifləri və s. ofisdə idilər. Məndə heç bir sənəd yoxdur. Həmin şirkətlərlə görülən işlərlə bağlı Arif Quliyevlə birgə Baş ofisdən təsdiq almışdım. Şirkətlərə vəsait köçürməyi baş ofisdən rəhbərim Kristof Lanovski demişdi. Təlimatlı şəkildə idi. Şəxsi xərclərimi heç vaxt hesabatlara daxil etməmişəm. Yalnız uşaqlarımın məktəb xərclərini və məktəbdən kənar müəllimlərə ödədiyim pulları baş ofis ödəyirdi, uşaqlarıma görə ödənilən pullar da əvvəlcədən baş ofislə razılaşdırılırdı.”

Mehmet Şahan ifadəsində bildirib ki, ona qarşı irəli sürülən ittihamlara səbəb onun türk olmasıdır: “Bakıda Nərimanov rayonunda yaşayırdım. Aylıq 5000 avro kirayə haqqı ödəyirdim. Baş ofisin bütün xərclərdən xəbəri var. Pul mənimsəməmişəm. Xərclərlə əlaqədar hesabat tərtib olunurdu. Həmin hesabatlar ofisdə idi. Hazırda harada olması barədə xəbərim yoxdur. THALES ildə 4 dəfə yoxlama keçirirdi. Bundan əlavə hər həftə rəhbərimlə “Teams” proqramı vasitəsilə görüntülü danışırdıq. 7 il ərzində Baş Ofisin nəzarəti və razılığını alaraq işləmişəm, Sizcə belə bir şirkətdən gizli 7 işləyib və 7 il pul mənimsəmək mümkündürmü? Bütün bunlar erməni lobbisinin və Ermənistanın Prezidentinin dostu Pier Matyunun işləridir. Məni qanunsuz olaraq işdən çıxartdırdı, buna görə Fransada məhkəməyə müraciət etdim. “Thales” də öz növbəsində düşmənçiliyin davamı kimi şikayətlə müraciət etdilər. Şikayəti verəndə də bütün sənədləri gizlətdilər ki, təqsirsizliyimi sübut edə bilməyim. Baş ofis məni işdən çıxarmamışdan əvvəl bütün planları qurmuşdu.Belə ki, məni prezentasiya adı ilə Madridə dəvət etdilər və orada komputerimi və telefonumu əlimdən aldılar ki, mənim əlimdə heç bir sübutum qalmasın. Çünki, komputerimdə və telefonumda təqsirsizliyimi sübut edən bütün sübutlar var idi. Bunu da qeyd edim ki, komputerimin və telefonumun əlimdən alınmasını baş ofisin rəhbər işçiləri öz ifadələrində təsdiq etmişdir. Mən günahsızam, müstəntiq mənə qarşı qərəzli hərəkətlər etdi və günahsız olaraq indiyə qədər həbsdə qalmışam.”

Məhkəmınin növbəti iclası noyabrın 28-nə təyin olunub.

Qeyd edək ki, Mehmet Şahan “Thales İnternational Western Counties B.V” transmilli korporasiyasının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin direktoru vəzifəsində işləmiş Şahan Mehmet Mehmetali oğlu 2014-2021-ci illər ərzində vəzifədə olduğu müddətdə səlahiyyətlərindən sui-istifadə edərək nümayəndəliyin fəaliyyətindən irəli gələn zəruri xərclərin qarşılanması məqsədilə həmin şirkətin mərkəzi ofisi tərəfindən ayrılmış ümumilikdə 8 milyon 860 min manat məbləğində pul vəsaitini mənimsəməkdə ittiham olunur. İttihama görə, Mehmet Şahan həmin məbləği rəhbərlik etdiyi qurumun müvafiq bank hesabından nağd və eləcə də başqa şirkətlərə xidmətlərin göstərilməsi adı altında köçürülərək nağdlaşdırılması yolu ilə mənimsəməyib, habelə həmin məqsədlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törədib.

Mehmet Şahana Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israf etmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib və barəsində bu ilin fevralın 17-də həbs qətimkan tədbiri seçilib.

www.yenicag.az

578
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv