Mənim polisim məni qoruyur!

media-hightechnic-468x90

1601334_405347019599726_753488655_n_07e0b56f28329b3d595d03bf39695b09Heydər Əliyev: “ Ramil Usubova tam inanıram, prezident kimi ona etimad göstərirəm və sizin hamınızdan tələb edirəm ki, ona bu vəzifədə işləməsinə kömək edəsiniz”.

Heydər Əliyev inanırdı ki, Ramil Usubov onun ümidlərini doğruldacaq. Belə də oldu. Ən əsası odur ki, bunun üçün çox gözləmək lazım gəlmədi. Hər zamanki kimi bu dəfə də dahi şəxsiyyət seçimində yanılmamışdı.

Müstəqilliyin ilk illərində hakimiyyətə gələn səriştəsiz AXC-Müsavat hökuməti ölkəni uçuruma sürüklədi. Torpaqlarımız işğal olundu. Bir milyondan artıq soydaşımız yurdlarından didərgin düşdü. Bu rejim yarıtmazlığı və bacarıqsızlığı ucbatından hakimiyyətdən getsə də Qarabağ kimi böyük bir dərd qoydu üzərimizə.

Ən çətin bir dövrdə Ulu öndər Bakıya dəvət edildi. Ulu öndər hakimiyyətə qayıtdıqdan sonra idarəçilikdə başlıca məsələ kadr məsələsi idi. Heydər Əliyev kadr məsələsinə hamişə diqqətlə yanaşırdı, diqqəti və müdrikliyi sayəsində demək olar ki, səhv etmirdi.

Sovet dövründə tez-tez səslənən bir fikir vardı: -kadrlar hər şeyi həll edir! Zaman keçdikcə bu fikrin nə qədər doğru olduğunu daha gözəl anlayırıq. Bacarıqlı kadr ona tapşırılan işin öhtəsindən layiqincə gələrək ümidləri doğruldur, üz ağardır.

Ramil Usubov o zamanlar Naxçıvan Muxtar Respublikasının Daxili işlər naziri vəzifəsində çalışırdı. Belə bir kadrdan daha çox yararlanmaq lazım gəlirdi. Başqa bir tərəfdən əhalinin təhlükəsizliyini qorumaq kimi vacib bir məsələni gündəmə çıxmışdı. Ulu öndər Heydər Əliyev isə canı qədər sevdiyi xalqının təhlükəsizliyini hər adama həvalə edə bilməzdi. Ümummilli lider yalnız çox inandığı, dəyər verdiyi bir kadrı- Ramil İdris oğlu Usubovu bu vəzifəyə layiq bildi.

Sovet dövründən qalma belə bir ənənə var idi. Adətən yüksək dövlət postlarına çox təcrübəli, dəfələrlə sınanmış, nisbətən yaşa dolmuş insanlar gətirilirdi. Ümummilli liderin uzaqgörənliyinin və fenomenliyinin nəticəsi idi ki, hələ o zamanlar nisbətən gənc yaşlarında olan bir polkovniki strateji bir idarənin, böyük bir nazirliyin –Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin rəhbərliyinə gətirib ona etimad bəslədi. Özü də çox çətin bir dövrdə ölkədə vətəndaş müharibəsi təhlükəsi olduğu bir vaxtda. Heydər Əliyev inanırdı ki, Ramil Usubov onun ümidlərini doğruldacaq. Belə də oldu. Ən əsası odur ki, bunun üçün çox gözləmək lazim gəlmədi. Hər zamanki kimi bu dəfə də dahi şəxsiyyət seçimində yanılmamışdı. Ramil Usubov isə öz növbəsində ona bəslənən ümidləri doğrultdu. Ölkədə asayiş bərpa olundu. İnsanlar özlərini təhlükəsiz hiss etməyə başladılar.

Bəs kimdir Ramil Usubov?

Usubov Ramil İdris oğlu 1948-ci ildə Xocalı rayonunda anadan olmuşdur. 1973-cü ildə N.Rizayev adına Bakı Xüsusi Orta Polis məktəbini, 1980-ci ildə isə SSRİ DİN-in Akademiyasını bitirmişdir. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. 1970-ci ildən daxili işlər orqanlarında xidmət edir. Cinayət-axtarış strukturlarında xidmət aparmış, 1975-ci ildə Şuşa rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin rəisi, 1980-1984-cü illərdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini, 1984-1987-ci illərdə Əli Bayramlı şəhər-rayon polis şöbəsinin rəisi vəzifələrində işləmişdir. 1987-1989-cu illərdə Naxçıvan Muxtar Respublikası daxili işlər naziri təyin olunmuş, 1989-1993-cü illərdə Azərbaycan Respublikası DİN-in Cinayət Axtarış İdarəsinin rəisi, Pasport İşləri, Viza və Qeydiyyat İdarəsinin rəisi, Kadrlar İdarəsinin şöbə rəisi vəzifələrində çalışmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 avqust 1993-cü il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası daxili işlər naziri təyin olunmuşdur. Azərbaycan Respublikasının Prezidentinin 29 aprel 1994-cü il tarixli 140 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 3 may 1994-cü il tarixli 144 nömrəli Fərmanı ilə general-mayor, 26 dekabr 1995-ci il tarixli 418 nömrəli Fərmanı ilə general-leytenant, 15 yanvar 2002-ci il tarixli 637 nömrəli Fərmanı ilə general-polkovnik hərbi rütbəsi verilmişdir. Ailəlidir, üç övladı var.

Mənim polisim məni qoruyur.

Ən nəhayət, I Avropa Oyunlarının keçirildiyi günlərdə həm yol polisinin, həm mühafizə, həm post-patrul xidməti əməkdaşlarının ən yüksək səviyyədə işləməsi, bu böyük tədbir zamanı yollarda heç bir tıxacın olmaması, ictimai asayişin yüksək səviyyədə təmin edilməsi, hər hansı təxribat xarakterli mümkün addıma qarşı ayıq-sayıqlıq təqdirəlayiq hal kimi qiymətləndirilməlidir.

Təkcə bu Oyunları deyil, demək olar ki, ayda bir neçə dəfə paytaxt Bakı və ayrı-ayrı şəhərlərimiz beynəlxalq tədbirlərə ev sahibliyi edir. Tədbirlərə dəvət olunan ali qonaqların təhlükəsizliyi isə başlıca şərtlərdəndir. Bu isə insanların təhlükəsizliyinə cavabdeh olan polisin işini və məsuliyyətini daha da artırır.

Sevindirici haldır ki,  möhtəbər  tədbirlər keçirilən zaman Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşları böyük peşəkarlıq numayiş etdirirlər. Təbii ki işlərin yüksək səviyyədə təşkilində  Azərbaycan Respublikasının Daxili işlər naziri,  general-polkovnik Ramil Usubovun zəhməti müstəsna  və danılmazdır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600