Mənsur Yavaş yavaşlamır

media-hightechnic-468x90

gfghftyfytf]Ana müxalifət təmsilçisi 30 mart seçkilərinin nəticələrini dəyişməkdə israrlıdır
“AKP Ankara sakinlərinin səslərini öz xeyrinə dəyişərək onların iradəsinə qarşı çıxıb. Yüksək Seçim Qurumundan bu durumu obyektiv dəyərləndirmə və təkrar seçim qərarı verməsini gözləyirik”. Bu sözləri mediaya açıqlamasında Cümhuriyyət Xalq Partiyasından Ankara böyük şəhər bələdiyyə başqanlığına namizədi Mansur Yavaş deyib.

30 mart seçkilərində AKP-nin namizədi Melih Gökçek Mansur Yavaşı təxminən 1 faizlik fərqlə üstələyib. Ana müxalifət partiyası seçim sonucları elan olunandan səslərin saxtalaşdırıldığını iddia edir. Ankara Şəhər Seçki Qurumu Mansur Yavaşın bu iddiasını əsassız sayaraq rədd edib. Bundan sonra CHP namizədi səslərin təkrar sayılması üçün YSQ-ya müraciət edib.

Mansur Yavaş 30 mart bələdiyyə seçkiləri ilə bağlı son açıqlamasında Türkiyənin demokratiya tarixində belə ciddi mübahisələrə səbəb olan seçki yaşanmadığını da vurğulayıb: “Ankaradakı seçki nəticələri ilə bağlı son dərəcə ciddi şübhələrimz var. Qalib gəlmək üçün hər yola baş vuranlara görə təkcə Ankara deyil, bütün Türkiyə ziyan çəkməkdədir. Təpkilərini demokratik yollarla ifadə edən bütün ankaralılara təşəkkür edirəm. Provokasiya üçün hər yola əl atanları isə şiddətlə qınayıram”.

Mansur Yavaş 20 il Ankara böyük şəhər bələdiyyəsi başqanı olan rəqibi Melih Gökçekə də səslənib: “Haqq etmədiyimiz kürsü bizim üçün utanc qaynağıdır. Bizim yalnız halal olanı tələb edirik. Əlimizdə seçki pozuntuları, möhürsüz, etibarsız sayılan bülletenlər, CHP-yə verilən səslərin qeydə alınmaması ilə bağlı 6240 protokol var. Seçki günündən indiyə qədər bu protokollar diqqətlə incələnib. Əlimizdə xeyrimizə imzalanan ancaq heç bir səbəb göstərilmədən etibarsız elan edilən 710 bülleten var. Bütün protokolları Yüksək Seçim Qurumuna təqdim edərək paytaxt Ankarada təkrar seçki keçirilməsini tələb etmişik. Seçkilərin təkrar keçiriləcəyinə inanırıq. Seçkiləri təkrarlayacağıq”.

Mansur Yavaş onu da bildirib ki, bələdiyyə seçkilərinin nəinki əyalətlərdə, hətta paytaxt Ankarada bu cür saxtakarlıqlarla keçirilməsi 10 avqust 2014-cü ildə keçirilməsi planlaşdırılan prezident seçkilərinə də təsir edəcək: “Bu seçkilərdə şübhələrin ortadan qaldırılmaması qarşıdakı prezident seçkiləri ilə bağlı indidən şübhə və etibarsızlıq mühiti yaradır. Ona görə də biz hər bir səsimizi qoruyacağıq. Əgər YSQ tələbimizi rədd etsə, Konstitusiya Məhkəməsinə və Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyik”.

Bizim demokratik tələblərimizi iqtidar düşərgəsi pozuculuq kimi dəyərləndirir. Ancaq görünür, AKP iqtidarı 1994-cü ildə kürsülərinə seçki nəticələri 4 dəfə sayıldıqdan sonra oturduqlarını unudublar. Türkiyənin hər yerini müşahidə etmək imkanınız var. Hansı seçki məntəqəsində iqtidar partiyası uduzubsa, orada səslər yenidən sayılır, seçkinin nəticələri yenilənir. Mən də bildirirəm ki, biz susmayacağıq, haqqımızı dişimizlə-dırnağımızla bərpa edəcəyik. Bundan öncə “sevdamız Ankara” dedik. İndidən bildirirəm ki, əgər nəticə əldə edə bilməsək, bundan sonra “sevdamız Türkiyə” deyəcəyik”.

Mətbuat konfransında iştirak edən Cümhuriyyət Xalq Partiyası sədrinin müavini Bülent Tezcan bildirib ki, partiya Mansur Yavaşın seçkinin nəticələri ilə bağlı bütün təşəbbüslərini dəstəkləyəcək.

Ərizəsini təqdim etmək üçün YSQ-ya gedən Mansur Yavaşı onminlərlə ankaralı müşayiət edib. CHP təmsilçisi öz səsləri uğrunda mübarizlik göstərən bütün vətəndaşlara təşəkkür edib.

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600