2024-cü ilin birinci rübündə Azərbaycanda mənzil bazarında qiymətlər 2023-ci ilin son rübünə nisbətən, 8.1% bahalaşıb. Cari ilin birinci rübündə ilkin mənzil bazarında qiymətlər, ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.5%, təkrar mənzil bazarında isə 8.1% artıb.
Yenicag.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin I rübündə mənzil bazarında qiymət indeksi əvvəlki rüb ilə müqayisədə 2,2%, o cümlədən ilkin mənzil bazarı üzrə 3.1%, təkrar mənzil bazarı üzrə 2,2% bahalaşıb.
Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, monitorinq nəticələrinə əsasən, cari ilin əvvəlindən bu günə qədər mənzil qiymətlərində hər hansı mühüm artım baş verməyib:
Onun sözlərinə görə, biz qiymətlərdə daha çox stabilləşmə dövrünü müşahidə edirik:
Ətraflı videonu təqdim edirik:
İsmayıl Bakuvi