Mərhum deputatın qardaşı oğlu qətlə yetirildi

media-hightechnic-468x90

img1573464Qətlə yetirilən Ağsu aşırımında yerləşən “Ata Yurdu” restoranın sahibi olub

Bu gün səhər saatlarında Ağsu rayonunda qətl hadisəsi törədilib.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, Ağsu şəhər sakini 1961-ci il təvəllüdlü Mirzəyev Mahir Ağamehdi oğlu naməlum şəxs tərəfindən ov tüfəngindən açılan atəş nəticəsində dünyasını dəyişib.

O, qarın, boğaz, baş və ürək nahiyəsindən xəsarət alıb.

Ağsu aşırımında yerləşən “Ata Yurdu” restoranının sahibi olan M. Mirzəyevin kim tərəfindən və hansı səbəbdən öldürüldüyü hələ ki, məlum deyil.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, qətlə yetirilən M. Mirzəyev Azərbaycanın xalq artisti, mərhum aktyor, Milli Məclisin sabiq deputatı Mikayıl Mirzənin qardaşı oğludur.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600