Almaniyanın kansleri Angelə Merkel Türkiyəni hədəf göstərib.
Yenicag.az xəbər verir ki, o, Avropa Birliyinin Rumıniyanın Sibu şəhərində keçirilən toplantısından sonra Kirpin yunun lideri Nikos Anastasiadislə görüşərək Kipr məsələsində Türkiyəyə qarşı olan mövqeyindən vaz keçməməyi və bu məsələdə onlara tam dəstək göstərəcəklərini bildirib.
Qeyd edək ki, Türkiyə və Kiprin yunan icması arasında gərginliyə səbəb Şərqi Aralıq dənizindəki sondaj fəaliyyəti olub.
Onu da bildirək ki, yunan tərəfi hətta, Türkiyəyə qarşı sanksiya tətbiq olunmasını da tələb edib.
Merkel daha sonra mediaya verdiyi açıqlamada sonuna qədər Kiprin mənfəətlərini qoruyacaqlarını və Türkiyənin qarşısında olacaqlarını ifadə edib.