Mərkəzi Bank “Açıq bankçılıq”da maksimum köçürmə limitini açıqlayıb

media-hightechnic-468x90

Azərbacan Mərkəzi Bankının şərtlərinə əsasən “Açıq bankçılıq” üzrə Ani Ödənişlər Sistemi üzərindən maksimum köçürmə limiti 40 min manatdır.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankın Maliyyə Texnologiyaları və İnnovasiyalar departamentinin açıq bankçılıq üzrə mütəxəssisi Elmar Didəkənan bildirib.

Onun sözlərinə görə, bu, hər bir istifadəçinin məhz həmin məbləğdə köçürmə edə biləcəyi anlamına gəlmir:

“Açıq bankçılıq” çərçivəsində həyata keçiriləcək köçürmələr üzrə maksimal limit 40 min manat olsa da, vətəndaşların istifadə edə biləcəyi məbləğ bankdan banka fərqlənəcək. Banklar öz risk iştahlarına əsasən fərqli limit məbləğləri təyin edə bilirlər. Ona görə bu hər bir bankın öz risk iştahına əsasən dəyişə bilər. Belə ki, bəzi banklar 5 min manat, digərləri isə 10 min manat və ya daha fərqli məbləğlər üzrə limit tətbiq edə bilərlər” – deyə o qeyd edib.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05