Mərkəzi Bank bu şirkətin lisenziyasını ləğv etdi

media-hightechnic-468x90

Azərbaycan Mərkəzi Bankı investisiya şirkətinin lisenziyasını ləğv edib.

Bu barədə Yenicag.az-a AMB-dən bildirilib.

Qeyd edilib ki, AMB-nin İdarə Heyətinin 12 dekabr 2024-cü il tarixli Qərarı ilə fəaliyyətində yol verdiyi pozuntuların aradan qaldırılmasına dair Mərkəzi Bankın icrası məcburi göstərişlərinə əməl edilməməsinə görə “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 70.1.6-cı maddəsinə uyğun olaraq “Plato Capital and Co. İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin lisenziyası ləğv edilib.

“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 70.3-cü maddəsinə müvafiq olaraq lisenziyası ləğv edilən investisiya şirkəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ləğv edilir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05