!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mərkəzi Bankın KRİTİK QƏRARI: "Bu, onların reputasiyasına mənfi təsir göstərəcək"

!Reklam – Yazi

“Buna görə də banklar daha ciddi şəkildə təyin edilmiş qanun və normativlərə diqqətli şəkildə əməl etməyə vadar olacaqlar”.

Bu sözləri AMB-nin cəzalandırılan bank, BOKT, sığorta və investisiya şirkətlərinin adlarını siyahı şəklində ictimaiyyətə açıqlama niyyətinə münasibət bildirən iqtisadçı ekspert Xalid Kərimli Yenicag.az-a açıqlamasında qeyd edib.

O bildirib ki, AMB qanun pozan bütün şirkətlərin adlarını siyahıda tam şəkildə verməlidir. Əks halda Mərkəzi Bank oyun qaydalarını pozmuş olacaq:

“Bu məlumatın yayılması bankların reputasiyasına mənfi təsir göstərəcək. Əslində Mərkəzi Bankın elə məqsədi bundan ibarətdir ki, qaydaları pozan banklar bir növ cəzalansın. Mərkəzi bank cəza tədbirlərini yalnız təyin edilmiş qərarlara zidd hərəkət olduqda istifadə edir.

Qüvvəyə minmiş qanunlar və normativlərin yerinə yetirilməsinə nəzarət edən tənzimləyici addımlar fəaliyyətinə daxildir. Yəni Mərkəzi Bankın məqsədi odur ki, cəzalanan bankların siyahıda adı getdiyi təqdirdə onların reputasiyası mənfi təsir görəcək. Buna görə də banklar daha ciddi şəkildə təyin edilmiş qanun və normativlərə diqqətli şəkildə əməl etməyə vadar olacaqlar.

Bunun nəticəsində vətəndaşlarda banklar haqqında daha dolğun məlumat olacaq. İndiki halda onlar haqqında məlumatlar yalnız ictimaiyyətə açıqladığı hesabatlar sayəsində bəlli olurdusa, artıq bunun sayəsində fəaliyyəti zamanı pozulan requlyasiyaları, səbəblərini, risk normativlərini və s. aydın görmək mümkündür.

Amma təbii ki, sözügedən siyahıda qaydanı pozan bütün bankların adları qeyd edilməlidir. Hər hansısa bankın qaydanı pozduğu halda adının siyahıda yayımlanmasa, Mərkəzi Bank oyun qaydalarını pozmuş olacaq və bir növ tərəf saxlayacaq. Əlbəttə ki, belə bir yanaşma absurd addım olar”.

Yusif Səmədzadə

COP29

www.yenicag.az

457
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv