Məsciddə baş verən partlayışda 20 nəfər öldü

media-hightechnic-468x90

82511Pakistanda şiə məscidində terror aktı həyata keçirilib.

Bombalı hücum şiələrə aid məscidə cümə namazı zamanı edilib. Pakistanın Sind əyalətində baş verən hadisə nəticəsində ən azı 20 nəfər dünyasını dəyişib.

Polislərin bildirdiyinə görə, partlayış Mövla Kərbəla məscidində təxminən 300 adam namaz qılarkən baş verib. Bombanın əvvəlcədən məscidə yerləşdirildiyi ehtimal edilir.

Hadisə nəticəsində məscidin damı çöküb, təxminən 50 nəfər yaralanıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Qeyd edək ki, Pakistan prezidenti Məmnun Hüseyn terror aktını qınayan kəskin bəyanatla çıxış edib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 31.07.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa