Məscidin divarına bu sözləri yazdılar

media-hightechnic-468x90

14288409644724019536_750x500Fransanın Alzas regionunun Nanşi şəhəri yaxınlığında yerləşən Vandövr müsəlman məscidi aprelin 11-dən 12-nə keçən gecə antisemitizm aktlarına məruz qalıb. Naməlum şəxslər məscidin divarlarına qırmızı rənglə alman faşistlərinin xaç şəkillərini, ölkədə etnik qruplara, xüsusilə müsəlmanlara qarşı millətçilik əhval-ruhiyyəsi nümayiş etdirən Milli Cəbhə Partiyasının baş hərfləri “FN” və “Ərəblərə ölüm!“ kimi sözlər yazıblar.

Hadisəyə münasibət bildirən məscidin imamı yanvar ayında “Charlie Hebdo“ satirik jurnalına və Parisin Vənsen qapısı ərazisindəki yəhudi iş adamına məxsus mağazaya qarşı törədilən terror aktlarından sonra ölkədə rasizm və antisemitizm aktlarının artdığını diqqətə çatdırıb.

İmam müxtəlif xalqların nümayəndələrinin birgə yaşayışını təhdid edən bu cür hərəkətləri qətiyyətlə pisləyib və onların yolverilməz aktlar olduğunu bildirib.

AzerTac.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600