Məşhur aktyor Bakıda-Fotolar
Türkiyəli aktyor Kərəm Bursin Bakıya gəlib.
Aktyorun gəlişinin səbəbi “Unutsam, pıçılda” filminin qala gecəsində iştirak etməkdir.
Qala gecə bu gün Nizami Kino Mərkəzində baş tutacaq. K.Bursinin Bakıda çəkilən fotoları sosial şəbəkədə yayılıb.
Kərəm Bursinlə birlikdə filmin digər baş rol ifaçıları – Fərəh Zeynəb Abdullah və Mehmet Günsür də şəhərimizin qonağı olacaq. Onlarla yanaşı, filmin yaradıcı heyətinin də paytaxtımıza səfəri nəzərdə tutulub.
Qeyd edək ki, Mehmet Günsür “Möhtəşəm yüz il”dən Şahzadə Mustafa, Fərəh Zeynəb Abdullah “Zaman elə keçir ki”dən Aylin, Kərəm Bursin isə “Günəşi gözləyərkən”dən Kərəm obrazı ilə tanınır.